Azərbaycanda siqaretin qiyməti yenidən dəyişdi - Yeni qiymətlər
Azərbaycanda pərakəndə satış bazarında ən çox satılan siqaretlərin bəzi markalarının qiyməti xeyli ucuzlaşıb.

Bu barədə Day.az-ın müxbirinə bir neçə satış nöqtəsindən bildirilib.

Məsələn, Winston (bazarda ən çox satılan siqaretlərdən) markalı tütün məmulatları 15% ucuzlaşaraq artıq 2,8 AZN-ə satılır. Halbuki son vaxtlar onların qiyməti 3,3 AZN təşkil edib. Kent markalı siqaretlərin qiyməti 3 manatadək, Sobranie markalı siqaretin qiyməti isə 4 AZN-dən 3 AZN-ə qədər ucuzlaşıb.