Nazir Hüseyn Bağırov Daşkəsəndə görüş keçirib
10:14 09-02-2016
CƏMİYYƏT
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Daşkəsən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdə Daşkəsəndə sosial-iqtisadi, ətraf mühitin mühafizəsi, meşələrin qorunması və inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu rayonda qeyri-neft sektorunun, xüsusilə, dağ mədən sahəsinin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Həmçinin nazir bildirib ki, Daşkəsənin dağlarında bir çox xəstəliklərin müalicəsində istifadə olunan bitkilər var ki, onların toplanaraq qablaşdırılması və satışı rayona gəlir gətirə bilər. Görüşdə şikayət və təkliflər dinlənilib. Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında olan, hazırda istifadəsiz qalan torpaqların aztəminatlı ailələrə müvəqqəti olaraq verilməsi məsələsinə toxunulub. Görüşdə rayon ərazisində əhalinin məşğulluğunun artırılması məqsədilə 30-dan çox vətəndaşın çalışacağı tingliyin yaradılması qərara alınıb.
Görüş zamanı müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi yerindəcə öz həllini tapıb.
Hüseyn
Digər Xəbərlər
2024-11-28 15:24:17
2024-11-28 15:11:11
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07