Ağdamin icra başçısından narazılıq
13:01 09-02-2016
CƏMİYYƏT
Başçı narazı sakinləri Bakıdan gələn nazir və komitə sədrlərinin görüşünə buraxmır
Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdama səfər edib.
Ə.Həsənov Ağdam, Laçın, Xocalı və Xocavənd rayonlarının rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə 2015-ci ilin yekunları və Azərbaycan prezidenti İlham Əliyevin tapşırıqlarının həlli yolları müzakirə olunub.
Əli Həsənov bildirib ki, devalvasiyadan sonra yaranmış vəziyyətdə istər dövlət məmurları, istərsə də sahibkarlar əhalinin güzəranının yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməməlidir: "Çətinlikləriniz varsa, bunun üzərinə gedib sözünüzü deyin, həlli yollunu tapın. Qoy, aidiyyəti qurumlar öz vəzifələrini icra etsinlər. Azərbaycan Prezidenti bunu tələb edir, məmur xalqa xidmət eləməlidir".
Ə. Həsənov, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Füzuli rayonunda yeni qəsəbənin salınmasına başlanacağını da bildirib. "Biz qəsəbənin tikintisinə yenidən Sumqayıt şəhərindən başlayacağıq. Çünki Sumqayıtda biz bu günədək qəsəbə tikməmişik".
"Unikal"a daxil olan məlumata görə, rəsmi görüşdən sonra çölə çıxan baş nazirin müavini arzuolunmaz situasiya ilə üzləşib. Belə ki, bir qrup Ağdam sakini Əli Həsənova icra başçısından şikayət ediblər. Onlar bildiriblər ki, icra başçısı və onun yaxın ətrafı Bakıdan gələn rəsmi şəxslərlə görüşə imkan vermir. Rəsmi görüşə buraxılanlar isə əsasən idarə və təşkilat rəhbərləri, onların yaxınlarıdır. Ə.Həsənov onları qəbul edib, problemləri ilə maraqlanıb.
Görünən odur ki, Ağdamın icra başçısı Raqub Məmmədov Prezidentin xəbərdarlıq və tapşırıqlarının əleyhinə gedir. Yəni, ölkə başçısı nazir və komitə sədrlərini bölgələrə göndərir ki, vətəndaşların problemləri ilə maraqlansınlar. Bəzi icra başçıları isə öz amplualarından əl çəkmək istəmirlər.
Digər Xəbərlər
2024-11-28 15:24:17
2024-11-28 15:11:11
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07