Aygün
Xalq artisti Aygün Kazımova həmkarı Elton Hüseynəliyevi tənqid edib. O, Elton Hüseynəliyevin xalq artisti Flora Kərimovanın sözünü kəsməyinə hiddətlənib. O, rəsmi İnstaqram səhifəsində Elton haqda sərt sözlər yazıb: "Bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddinə ki, xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!" .

Aygün Kazımova daha sonra Elton Hüseynəliyevə həsr etdiyi şeiri də paylaşıb:
Sən Eltonsan, Sən ton tonsan.
Mən bilmirəm Sən nə ...san.
Utanmırsan?
Kişi olan vücudundan,
O boyundan,
Buxunundan?
Sən sevilən Sənətkara,
Əfsanəvi sənətkarın
Yanındaca
Rəy bildirib,
Donquldanıb,
Tullanırsan.
Şıllaq atıb
Hoppanırsan.
Söz atırsan.
Axı niyə?
Axı kimə?
Zərif, incə xanımlara
Qısqanırsan,
Olmaya sən
Elton Consan???