Aprel döyüşlərində cəbhəyə yardım aparan zaman ermənilər tərəfindən öldürülənGəncəsakini Fərman Əsədlinin atası redaksiyamıza müraciət edib.
Unikal.org xəbər verir ki, şikayətçi "Qafqazinfoya bildirib ki, 26 yaşlı oğlu və onun qaynı Sadiq Əliyevin avtomobiliTərtərrayonuna yardım aparan zaman erməni silahlıları tərəfindən ağır artilleriya ilə vurulub. Nəticədə övladı hadisə yerində dünyasını dəyişib. Elçin Əsədov bu hərəkətinə görə oğluna şəhidlik statusunun düşdüyünü deyib:
"Oğlumu ermənilərin atdığı top mərmisi öldürüb. O vaxta kimi də övladım və qaynım bir neçə dəfə cəbhəyə yardım aparıb, yaralıları mərkəzi rayon xəstəxanasına gətirib. Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinin birinci bəndinə əsasən bu maddənin tənzimlənməsinə dair tənzimlənməsinə dair 15 yanvar 1994-cü il 10 saylıNazirlər Kabinetinin qərarı var. Qərarın qaydalarında 1.2.4-də deyilir ki,Ermənistanla sərhəd ərazilərdə və Qarabağda erməni təcavüzü nəticəsində dünyasını dəyişən mülki vətəndaşlara şəhid statusu verilir.
Qanunu əsas tutaraq Kəpəz rayonu İcra hakimiyyətinə maraciət etsək də, tələbimiz təmin edilmir. Mülki vətəndaşlara qeydiyyatda olduğu İcra orqanları tərəfindən verilmiş arayış nəticəsində yerliƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrinə təqdim edildiyi halda bu, qeydiyyata alınır. Ailələri isə şəhid ailəsi statusu qazanır.
İcra hakimiyyətinin hüquqşünası Vurğun Səmədov bizə şəhid statusunun düşmədiyini deyir. Özüm rayon hərbi komissarı işləmişəm və işlədiyim dövrdə də 150-ə yaxın şəhid dəfn etmişəm. Bu qanunu əzbər bilməyimin səbəbi də odur ki, rəhbər kimi sənəd əlimin altında olub və insanlara bu cəhətdən yardım etmişəm. Ancaq indi mənə kömək edən yoxdur. Son çarə olaraq mediaya üz tutdum.