Oliqarxların "Torqovı"dakı biznesi "batır"
09:32 10-02-2016
CƏMİYYƏT
Bahalı məhsulların satıldığı dükanlar ard-arda bağlanır
Azərbaycan neftinin dünya bazarlarında kəskin ucuzlaşmasından, ölkənin gəlirlərinin ciddi şəkildə azalmasından və manatın devalvasiyasından sonra yaranmış böhranlı vəziyyət ölkədə alıcılıq qabiliyyətini əhəmiyyətli şəkildə aşağı salıb. Elə bu səbəbdən də ticarət obyektləri, o cümlədən dünyanın məşhur brendlərinin məhsullarının satışını həyata keçirən mağazalar ciddi müştəri qıtlığı yaşayırlar. Bu da onların bir-birinin ardınca bağlanmasına gətirib çıxarır.
Məsələn, elən dünən Almaniyanın məşhur ayaqqabı, geyimlər və aksesuar istehsalçısının - "Salamander"in Bakıda adını daşıyan mağazalarından biri fəaliyyətini dayandırıb. Belə ki, "Salamander Baku" ən böyük mağazasını bağlamağa məcbur olub.
Mağazanın Facebook səhifəsində xəbər verilir ki, şirkət Zərifə Əliyeva küçəsində yerləşən mağazasını bağlamaq qərarına gəlib. Hazırda malların "Ləğvetmə endrimləri" adı ilə satışı davam edir
"Nizami küçəsində və M.Hadi küçəsində (metro H.Aslanov) yerləşən digər iki mağaza fəaliyyətini davam etdirir" - şirkətdən bildirilib.
Göründüyü kimi, yazının əvvəllində haqqında danışdığımız iqtisadi səbəblər Bakıda fəaliyyət göstərən bir sıra obyektlərin bağlanmasına səbəb olub.
Bağlanan mağazaların üstünə "icarəyə verilir" sözləri yazılmış lövhə vurulub. Yaxın günlərdə fəaliyyətini dondurmağa hazırlaşan dükanlardakı mallara isə 50-70 faiz endirim edilib.
Şəhərin bəzi yerlərində mağazların qapı və pəncərələri üzərində "Mağaza bağlanır. 70 faiz endirim", "Ləğvetmə endirimi" sözlərinə çox rast gəlinir. Bu dükanların bəziləri fəaliyyətini birdəfəlik dayandırır və mağazalar boşaldılır.
Bəzi butik və mağazalar isə mərkəzdən bir az kənara köçürlər. Sahibkarlar bildirirlər ki, mağazaların ünvanının dəyişdirilməsinə səbəb icarə haqlarının artırılması və alıcılıq qabiliyyətinin azalmasıdır.
Bakıda bağlanan və ya ünvanını dəyişən geyim dükanları sırasında "United Sport", "Koton", "Promod", "Kids World", "Salamander", "LC Waikiki", "İmperial man", "Amplua", "Etam", "Okaidi", "Karaca" və s. məşhur mağazalar şəbəkəsi, Səbail rayonu ərazisində - Zərifə Əliyeva, Rəsul Rza və Üzeyir Hacıbəyli küçəsindəki bir sıra tanınan marka dükanları da var.
Hətta müştəri cəhətdən korluq çəkməyən "Çudo peçka" kafe-mağazası belə buna əl atıb və iki kafesini bağlayıb. Bunlardan biri şəhərin düz mərkəzində - Daxili İşlər Nazirliyinin yanında, digəri isə 3-cü mikrorayon dairəsində yerləşirdi.
Dolların bahalaşması şəhərdə telekommunikasiya məhsullarının da satışına təsirsiz ötüşməyib. Belə ki, "İntegral" şirkətinin Bakıda üç mağazası, həmçinin "İmpuls", "Baku Electronics" və s. dükanların da bir neçəsi bağlanıb.
Bu sırada xüsusilə paytaxt Bakının mərkəzində - "Tarqovı" adlanan hissəsində yerləşən butik və mağazaların bağlanması diqqət çəkir. Həmin butik və mağazalarda dünyanın ən məşhur brendlərinin məhsulları olduqca yüksək qiymətə satılırdı. Həmin obyektlərin böyük hissəsi müəyyən oliqarx-məmurlara aiddir. İndi onların bağlanması iri məmurların kifayət qədər bahalı bizneslərinin dərin böhranda olduğunu, bəzi hallarda isə ümumiyyətlə, iflas olduğunu söyləməyə əsas verir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-28 15:24:17
2024-11-28 15:11:11
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07