Əbülfəs Qarayev Fransanın Azərbaycandakı səfiri ilə görüşüb
15:31 10-02-2016
CƏMİYYƏT
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın Azərbaycandakı səfiri Aureliya Buşezi qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib və bu sahədə qurulan əlaqələrin daha da inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə musiqi, incəsənət, muzey, mətbəx, arxeologiya və s. bu kimi digər sahələr üzrə də əməkdaşlıq əlaqələrinin qurulması müzakirə edilib. Səfir Azərbaycanda Fransa kino festivalının keçirilməsini təklif edib və bu çərçivədə şəhər və regionlarda filmlərin nümayişini, ustad dərslərinin keçirilməsini də əhəmiyyətindən danışıb. Ə. Qarayev 2016-cı ilin 25–27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat verib və forumun işində yaxından iştirakının əməkdaşlığa böyük töhfələr verəcəyini bildirib.
Digər Xəbərlər
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32