Nazirlik xaricdə təhsil vəd edənlərlə bağlı xəbərdarlıq etdi
15:36 10-02-2016
CƏMİYYƏT
Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlərlərlə bağlı xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Təhsil Nazirliyi 11 noyabr 2014-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı" çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsillə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
Bundan əlavə bildirilir ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd seçim zamanı heç bir rol oynamır və əhali belə hallarla rastlaşdığı təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (146) məlumat verməlidir.
Müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə təqaüd proqramı ilə bağlı məlumatların yerləşdirilməsini nəzərə alaraq, Macarıstanda ali təhsil almaq niyyətində olan şagird və tələbələrə, onların valideynlərinə tövsiyə olunur ki, əsas məlumat mənbəyi olaraq Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilmiş məlumatlara istinad etsinlər.
Digər Xəbərlər
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00