"Azərişıq"ın yaranmasının bir ili tamam olur
10:59 11-02-2016
CƏMİYYƏT
Baba Rzayev: "Tədbirlər nəticəsində 2015-ci ildə elektrik enerjisinə görə Bakı şəhəri üzrə 98,3 faiz, regional elektrik şəbəkələri üzrə isə 86,6 faiz yığıma nail olunub"
Bu gün "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yaranmasının bir ili tamam olur.
Bununla bağlı qurumun sədri Baba Rzayev "Azərbaycan" qəzetində məqalə ilə çıxış edib. O, məqaləsində ölkənin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış transformatorların yenilənməsi, müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinin getdiyini qeyd edib: "Bu tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər, normadan artıq elektrik enerjisi itkilərinin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir. Yeni KTM-lər quraşdırılmazdan qabaq həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri yaradılır. Bu güc mərkəzlərinin qidalandırılması da yeni texnologiyalara əsaslanır".
B. Rzayev bildirib ki, abunəçilərin istehlak etdiyi enerji haqlarının ödənilməsi internet resurslarından istifadə etməklə, bank və poçt vasitəsi ilə, həmçinin "APUS", "Paypoint" və digər ödəniş növləri vasitələri ilə həyata keçirilir. Bununla yanaşı, elektrik enerji borcları haqqında abunəcilərə məlumatların çatdırılması məqsədilə telefonla xəbərdarlıq və kommersiya abonentləri üçün "SMS" ilə xəbərdarlıq sistemləri qurularaq tətbiq edilir. Qeyd olunan tədbirlər nəticəsində 2015-ci ildə elektrik enerjisinə görə Bakı şəhəri üzrə 98,3 faiz, regional elektrik şəbəkələri üzrə isə 86,6 faiz yığıma nail olunub.
"Elektrik enerjisi haqlarının ödənilməsində köhnə stereotiplərin aradan qaldırılması istiqamətində də "Azərişıq" ASC tərəfindən ardıcıl tədbirlər görülür. Belə ki, istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır. Abonentlərin diqqətinə çatdırılır ki, istifadə etdikləri elektrik enerjisinə görə ödəmələri "Azərişıq" ASC-nin regional enerji təchizatı və satışı idarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər. Bundan başqa, internet üzərindən "azerishiq.az" saytı vasitəsilə "onlayn" rejimində də ödəmə aparıla bilər".
Orxan
Digər Xəbərlər
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00