Aptekdən dərman alarkən qutunu açdırıb içindən istənilən sayda dərmanı almaq mümkündür. Amma həmin dərmanın içlik vərəqəsini dənə ilə yox, qutu ilə alana verirlər. Belə hal da kifayət qədər təhlükəlidir. Axı dənə ilə dərman alan şəxs onun mümkün fəsadları haqqında heç bir məlumat əldə edə bilmir.
Əczaçıların sözlərinə görə, belə hallar tez-tez olur. İmkan daxilində və ya həkimin yazdığı sayda dərman alan şəxslərə qutudan dərman verildikdə ona içlik vərəqəsini oxunması təklif olunur. Oxuya bilməyənə isə şifahi məlumat verilir.
Sağlamlıq üzrə ekspert Anar Xəlilovun sözlərinə görə, bu cür vəziyyət dünya təcrübəsində yoxdur. Yalnız Azərbaycanda dərmanlar qutudan çıxarılıb dənə ilə satılır. Bu da kifayət qədər təhlükəlidir. Ekspert bu məsələdə aptekçilərin üzərinə böyük məsuliyyət düşdüyünü deyir.