2025-ci il iyul ayının 1-i vəziyyətinə görə, Azərbaycanda fəxri adlara görə 4 min 716 nəfər təqaüd alır.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, onlardan 246-sı "Xalq" fəxri adına görə, 4470-i isə "Əməkdar" fəxri adına görə təqaüd alır.

Qeyd edək ki, "Xalq" fəxri adına görə təyin olunan təqaüdün məbləği 200 manat, "Əməkdar" fəxri adına görə isə 150 manatdır.