Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) üzv təşkilatların rəhbərləri ilə növbəti görüş keçirilib.
"Unikal" xəbər verir ki, AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev cari ilin 7 ayı ərzində qurum tərəfindən görülmüş işlər barədə təqdimatla çıxış edib, təhsil sahəsində çalışan işçilərin əmək hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi, layiqli iş şəraitinin yaradılması, müalicə və istirahətinin təşkili istiqamətində həyata keçirilən tədbirlər və icra olunan layihələr barədə məlumat verib.
Görüşdə AHİK və üzv təşkilatların qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.