Küveytdə yaşayan Bəndər Matiri adlı şəxs 1990-cı ildə İraq işğalı ərəfəsində itirdiyi oğlunu 26 ildən sonra tapıb.
Unikal.org axar.az-a istinadən bildirir ki, anası Mahiri Bəsrəyə aparanda cəmi 1 yaşı olub:
"1990-cı ildə iraqlı həyat yoldaşımdan ayrılanda Mahir 1 yaşında idi. Elə həmin il İraq Küveyti işğal etdi. Beləcə əlaqəmiz kəsildi".
Küveyt müharibəsi bitdikdən sonra Mahiri xeyli axtardığını deyən Matiri bir neçə dəfə Bəsrəyə getsə də, oğlunu tapa bilməyib:
"Təxminən iki il öncə Mahirin Bəsrədə dayısıgildə yaşadığını və məni görmək istədiyini dedilər. Küveyt Qızıl Aypara Cəmiyyəti və Küveytin Bağdaddakı səfirliyinin köməkliyi ilə iki gün öncə oğluma qovuşdum. Çox xoşbəxtəm".