Avqustun 30-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Lökbatan yolayrıcı" və Qazax magistral qaz kəmərləri sahəsinin "Ağasıbəyli" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Unikal.org bildirir ki, SOCAR-dan Milli.Az-a verilən məlumata görə, təmir müddətində Samux rayonunun Ağasıbəylı, Əhmədbəyli və Əlibayramlı qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Səbail rayonunun 20-ci Sahə qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.