İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.
Unikal.org bildirir ki, şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, "Çarçıfilm yaradıcılıq birliyinin direktoru Hikmət Yaqubov və "Səhər proqramları departamentinin direktoru Elnur Kələntərli başqa işə keçmələri ilə əlaqədar vəzifələrindən azad olunublar.
Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinə Telman Nəzərli, "Carçıfilm yaradıcılıq birliyinin direktoru vəzifəsinə Rauf Rəcəbov və "Səhər proqramları departamentinin direktoru vəzifəsinə Rəşad Mehdilinin təyinatı təsdiqlənib.