Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi artım müşahidə olunur.
Unikal.org apa-ya istinadəən xəbər verir ki, AMB-nin açıqladığı statistikasında bu qeyd olunur.
2016-cı il avqust ayının 31-ə tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 192,5 mln. ABŞ dolları təşkil edib.
Bu, avqust ayının əvvəli ilə müqayisədə 0,7% və ya 29,6 mln. dollar çoxdur. Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 42,7% və ya 3 mlrd. 122,9 mln. dollar azalma olub.