Dolların rəsmi məzənnəsi yüksəldikcə, banklar da alış və satış qiymətlərini qaldırırlar.

Unikal.org "Marjaya istinadən xəbər verir ki, bu gündən bir çox banklar 1 dolları 1.70 manatdan yuxarı qiymətə satırlar.

Məsələn, Dollara BTB Bank 1.7106 manat, AG Bank və Azər Türk Bank 1.7016 manat, AccessBank, BankofBaku, RabitəBank, VTB Bank Azərbaycan isə 1.7010 manat satış qiyməti qoyublar.

AFB Bank isə dolların satış qiymətini 1.6965 manat səviyyəsində müəyyən edib.

Qeyd edək ki, bu gün rəsmi USD/AZN məzənnəsi 1.6362 manat səviyyəsində elan olunub.