Sürücüsüz avtomobil və avtobuslardan sonra kənd təsərrüfatı sahəsində də sürücüsüz iş maşınlarının dövrü başlayır.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, Amerikada "CASE IH adlı şirkətin hazırladığı xüsusi traktor həm fermerlərin işlərini asanlaşdırır, həm də xərcləri xeyli azaldır.
Radar, kamera və GPS-lə təchiz olunan bu traktor tarlanı nəzərdən keçirir və özünə ən uyğun yeri seçdikdən sonra verilən tapşırıqları (torpağı şumlama, əkmə, dərmanlama və biçin işləri) sıra ilə yerinə yetirməyə başlayır.
Ən maraqlı məqam isə ondadır ki, belə traktorların bir neçəsi birlikdə müxtəlif tapşırıqları eyni sahədə yerinə yetirə bilir. Qarşılarına hər hansısa bir maneə çıxdıqda və ya texniki problem yarandıqda isə siqnalla fermerə xəbər ötürürlər.
Hal-hazırda sınaq mərhələsində olan bu traktorun yaxın zamanda kütləvi istehsala başlayacağı gözlənilir.