Yenə ödənilməyən kredit borcu zaminin üzərində qalıb. Özü də özünün xəbəri olmadan. İndi o, banka xeyli miqdarda pul ödəməlidir.
Məhkəmənin qərarı ilə Aynur Zeynalova zamin durduğu şəxsin yerinə banka kredit ödəməlidir. Ancaq o, bu qərardan xeyli sonra xəbər tutub. Çünki məhkəmədə iştirak etməyib. Aynur Zeynalovanın özünün də başqa bir banka kredit borcu var. Bununla yanaşı, o, ailədə gəliri olan yeganə şəxsdir. Ancaq məhkəmədə iştirak etmədiyi üçün vəziyyətini dilə gətirə bilməyib.
İstənilən halda, zamin kredit götürən şəxslə eyni səviyyədə məsuliyyət daşıdığı üçün ödənişin ona yönəldilməsi qanunauyğundur. Sadəcə zaminə müəyyən güzəşt edilə bilər.
Şəxs borcu tam ödədikdən sonra həmin məbləği zamin durduğu şəxsdən tələb etməlidir.
Unikal.org "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.