Azərbaycan Mərkəzi Bankı depozit hərracında banklardan 15 milyon manat cəlb edib.
Unikal.org Trend-ə istinadən bildirir ki, bu barədə bankın saytında verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, sentyabrın 5-də vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 15 milyon manat olub.
Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49% təşkil edib.