İstər Tibb Universitetini, istərsə də tibb texnikumlarını bitirənlər iş sarıdan problemlə üzləşirlər. Söhbət universitet və texnikumu bitirdikdən sonra işləməyən insanlardan gedir. 

Təhsilini başa vurduqdan sonra müxtəlif səbəblərdən işləməyən insanların sonradan ixtisası üzrə işləməsi müşkül məsələdir.

Unikal.org xezerxeber.com-a istinadən bildirir ki,Həkimləri Təkmilləşdirmə İnistutunun dosenti Akif Əfəndiyev deyir ki, bu qərar əslində pasientlərin sağlamlığı baxımından qəbul edilib. Yəni tibb sürətlə inkişaf edir, bu sahədən uzun müddət uzaq qalan şəxsin xəstələrə yüksək səviyyədə xidmət etməsi yaxud müalicə etməsi real deyil.

Amma onlar üçün bu sahədə işləmək qapısı bağlanmayıb. Təhsilini başa vurduqdan sonra 5 il müddətinə işləməyənlər Təkmilləşdirmə İnstitutunda bir və iki həftəlik kurslara cəlb edilirlər. Əgər 5 ildən artıqdırsa kurs müddəti də uzanır.

Bundan sonra isə onlar Səhiyyə Nazirliyinin Sertifikasiya Komisiyyasında imtahan verməlidirlər. Test imtahanından uğurla keçdikləri halda onlara sertifikat verilir.

Texnikumu bitirənlər üçün kurslar ayrı-ayrı xəstəxanaların nəzdində təşkil edilir.

İmtahandan keçməyənlər isə növbəti dəfə hazırlaşıb imtahan verə bilərlər.