Ermənistan hakimiyyətinin xüsusi tapşırıqlarını yerinə
yetirməkdən imtina edən erməni "qanuni oğruları onun qəzəbinə tuş gəlib
və ölkədən deportasiya olunublar.
Kriminal
aləmdən xəbərlər üzrə ixtisaslaşmış "Praym Kraym nəşri xəbər verir ki,
51 yaşlı Aleksandr Makaryan (Alo) və 37 yaşlı Norayr Piloyan (Konço)
Türkiyəyə deportasiya olunublar.
Nəşr qeyd edir ki, bu, Ermənistan hakimiyyətinin son onilliklər ərzində öz "qanuni oğrularına arxa çevirdiyi ilk haldır.
"Əldə
etdiyimiz məlumatlara görə, bu günlərdə hakimiyyət himayə etdiyi
avtoritetlərdən tələb edib ki, uzun illər sakit yaşadıqlarına görə
"borclarını qaytarsınlar: iyulun 17-də Yerevanın Erebuni rayonundakı
polis məntəqəsini ələ keçirmiş müxalif üsyançılar haqqında özlərinin
ölüm hökmünü çıxarsınlar və onları "suka elan etsinlər. Yeri gəlmişkən,
46 yaşlı "qanuni ogru Gevork Melikyan (Gevorik Oşakanski) - hansı ki,
arxasında Gümrüdən olan daha iki "ogru - 48 yaşlı Andranik Soqoyan
(Zap) və 43 yaşlı Suren Avetisyan (Suro) durur, - həbs olunan
üsyançıların saxlanıldığı həbsxananın baxıcısına məhz bu cür tələblə
yaxınlaşıb. Ancaq "qanuni oğrular Rafael Xoetsyan (Afo), Samvel
Arutyunyan (Samo), eləcə də onlara yaxın Alo və Konço öz kriminal
qardaşlarını siyasətə girişdiklərinə görə qınayaraq bu əmri icra
etməkdən imtina ediblər, - deyə nəşr yazır.
Məlumata
görə, ogru aləmində bu parçalanma siyasi oyunlarda iştirakdan imtina
etmiş daha bir yerevanlı "oğru, 36 yaşlı Jirayr Brutyanın (Jiro)
döyülməsi və Zapo, Suro və Kobo Rustavski tərəfindən səlahiyyətlərinin
əlindən alınması ilə müşayiət olunub.
Beləliklə,
Ermənistanın kriminal avtoritetləri hakimiyyətin həbs olunmuş
üsyançıları öldürmək əmrini yerinə yetirmədiklərinə görə özləri olduqca
çətin vəziyyətə düşüblər.
Virtualaz.org