Bu gün aprel döyüşlərində şəhid olan kəşfiyyat komandiri, baş leytenant Elvin Namazovun doğum günüdür.

Unikal.org-un məlumatına görə, Namazov Elvin Məmməd oğlu 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya göz açıb.

2007-ci ildə Zahid Mahmudov adına Yuxar Salahlı kənd orta məktəbini bitirib. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbininə daxil olub.

2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirib. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olub.

2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N saylı hərbi hisəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunub. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilib.

2016-cı il aprel ayının 3-də döyüş tapşırığını yerinə yetirib qayıdarkən kəşfiyyat qrupu ilə birgə Tərtər rayonu ərazisində düşmənlə rastlaşıb və döyüşüblər. Döyüşdə aldığı güllə yarasından şəhid olub.

9 aprel 2016-cı ildə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdiham və təntənə ilə dəfn olunub.

Allah rəhmət eləsin!