Ötən gün axşam saatlarında Şamaxıya yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib.
Unikal.org Kanal S-ə istinadən xəbər verir ki, rayonun Dəmirçi kəndinin ərazisindən keçən Pirsaat çayında, suyun səviyyəsi artıb, nəticədə su öz məcrasından çıxıb kəndi rayon mərkəzi ilə biləşdirən yolu bağlayıb.
Sel kənddə bir neçə işıq dirəyini aşırıb. Nəticədə kəndə elektrik enerjisinin verilməsində problem yaranıb. Yollarda torpaq sürüşmələri baş verib. Hazırda selin vurdugu zərərin araşdırılması istiqamətində işlər görülür.