Dünya Səhiyyə Təşkilatı Zika virusunun geniş yayıldığı bölgələrdə yaşayan əhaliyə xəbərdarlıq edib

Unikal.org türkiyə mətbuatına istinadən bildirir ki, beynəlxalq təşkilat Zika virusunun yayılmasının qarşısını almaq üçün sözügedən bölgələrin əhalisindən 6 ay ərzində cinsi əlaqəyə girməmələrini istəyib.

Dünya Səhiyyə Təşkilatının daha əvvəlki xəbərdarlığı yalnız kişilərə idi və səkkiz həftə ilə məhdudlaşırdı. Məlumata görə, Zika virusunun aşkarlandığı 60 ölkədən 11-də virusun cinsi əlaqə yolu ilə yayıldığı müəyyən edilib.