Sabiq deputat Gülər Əhmədova Həcc ziyarətindədir.

Sosial şəbəkə vasitəsilə Həcc ziyarəti fotolarını paylaşan deputatın bu ziyarəti barədə mediada da xeyli məqalə dərc edilib.

Unikal.org musavat.com-a istinadən bildirir ki, G.Əhmədova yazdığı son statusla bu məsələyə öz reaksiyasını belə bildirib: "Əziz dostlar, tam arxayın olun ki, elə biriniz qalmadı ki, məndən xahiş etsin, mən dua etməyim. Profil şəklimi dəyişməyimi istədiniz, onu da etdim. Mən, dostlarım rahat olsun, görsün deyə, şəkillərimi paylaşdım. Mətbuat hər şəklimi paylaşdı və hər bir azərbaycanlıya utancverici kommentlərə meydan açdı. Biz burda ehramda ölü kimi olmağı, hətta milçəyi belə incitməməyi, hər kəsi bağışlamağı, hər şeyi Allaha həvalə etmişik.

Həccə gedənlər bilir ki, bu nə hissdir. Mən bunu yazarkən azan verildi, namaza gedirəm. "Allah sizi hidayət etsin, qəlbinizə mərhəmət hissi versin" - deyirəm tənqid və təhqirə yer ayıran mətbuatdakı dostlarıma... "Facebook"dakı dostlarım, narahat olmayın, son dəqiqəyə qədər sizincün, dövlətimiz, xalqımız ücün duaçıyam".