Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında fərman imzalayıb.
Unikal.org apa-ya istinadən xəbərinə görə, fərmana əsasən, əhalinin növbəti siyahıya alınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçiriləcək.
Əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.
Nazirlər Kabinetinə 2019-cu ildə əhalinin siyahıya alınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.