Balakəndə zəlzələ olub.
Unikal.org Seysmoloji xidmət mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 20:57:44-də Zaqataladan 19 km şimal-qərbdə Balakən rayonu ərazisində maqnitudası 4.4 olan zəlzələ qeydə alınıb.
Zəlzələ Balakən ərazisində 4 bal, Zaqatala ərazisində isə 4 bala yaxın, episentrə yaxin ətraf rayonlarda 3 bala qədər hiss olunub.