Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir. 

Müdafiə Nazirliyindən unikal.org-a verilən xəbərə görə, görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edir.

Tədbir Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon tərəfindən keçirilir. 

Bu görüş ötən ilin sentyabrında BMT-nin baş katibi Pan Gi Mun və ABŞ Prezidenti Barak Obama tərəfindən 50-ə yaxın ölkə başçısı ilə dünyada sülhməramlılğın qorunmasına dair keçirilən görüşün davamı və bu sahədə görülən qlobal işlərin daha da sürətləndirilməsi xarakteri daşıyır.