Avstraliyada qəribə hadisə baş verib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, Sidney şəhərində yaşayan bir cütlük gecə yatarkən evin qapısını bağlamağı unudub.
Bu isə onların başına baha gəlib. Belə ki, 35 yaşlı Vile Yosep Rauk adlı bir şəxs evə daxil olaraq yanında əri yatmasına baxmayaraq gənc qadına təcavüz edib.
Kişi isə bundan xəbərsiz halda yatmağa davam edib. Qadın ayılaraq qışqırıb və bu zaman əri də oyanıb. Təcavüzçü isə qaçaraq ərazidən uzaqlaşıb.
Şikayət üzrə araşdırma aparan polis həmin şəxsi həbs edib. Məhkəmədə ona 2 il azadlıqdan məhrumetmə cəzası verilib.