Millət vəkili Qənirə Paşayeva və jurnalist İlhamiyyə Rza qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadəni ziyarət edib.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, bu haqda İ.Rza paylaşım edərək "Şahinin yanındayıq, döyüşçüdür, qələbəyə köklənib" sözlərini yazıb.

Rejissor hazırda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicəsini davam etdirir.

Millət vəkili xərçəngdən əziyyət çəkən rejissorun yanında -  fotolar

Qeyd edək ki, rejissorun müalicəsi üçün yüz min manata qədər pul tələb olunur. Eyni zamanda 1+ qan lazımdır.

Yardım etmək istəyənlər aşağıdakı hesab nömrələrindən istifadə edə bilərlər.