Ötən gün Azərbaycanının müxtəlif ərazilərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 9-da saat 11 radələrində Səbail rayonunun Badamdar qəsəbəsində Bakı şəhər sakini Nizami Mehdiyev idarə etdiyi "KamAZ markalı avtomobillə yolu keçən paytaxt sakini Sitarə Kazımovanı vurub. Piyada hadisə yerində ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır.
Sentyabrın 9-da saat 08 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsində Yevlax rayon sakini Elşad Qafarovun idarə etdiyi "Mercedes və Sumqayıt şəhər sakini İzzət İsgəndərovun idarə etdiyi "MAN markalı avtomobillər toqquşub. Nəticədə E.Qafarovun sərnişini, həmyerlisi Sabir Hüseynov hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Sentyabrın 10-da saat 03 radələrində Nizami (Gəncə) rayonu ərazisində şəhər sakini Nurlana Kərimova idarə etdiyi "Hyundai markalı avtomobili yolun kənarına təmir üçün yığılmış daşlara vurub. Nəticədə N.Kərimovanın sərnişini, həmyerlisi Xanım Nəsirova xəstəxanaya yerləşdirilmiş və orada ölüb. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.