Qaxda bir ailənin 4 üzvü zəhərlənib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX)  verilən məlumata görə, bu gün axşam saat 22 radələrində rayonun Çüdüllü kəndindən bir ailənin biri ağır olmaqla 4 üzvü zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. İlkin araşdırma zamanı məlum olub ki, ailə yemək bişirən zaman xörəyə duz əvəzinə kimyəvi maddə olan və dezinfeksiya üçün istifadə edilən "xlorofos adlı maddə töküb.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstələr həkimlər tərəfindən müayinə olunur və şəxsiyyətləri dəqiqləşdirilir.