Unikal.org Xezerxeber-e istinadən xəbər verir ki, qablarda müxtəlif növ qurbağalar var. Bu canlılardan müalicə üçün istifadə edir.
Göyçayda yaşayan Sahib Əliyev uzun illərdir ki, insanları Çin təbabətinin bu maraqlı üsulu ilə müalicə edir. O, özünün saxladığı qurbağalarla zob xəstələrini sağaltdığını iddia edir..
Həkim qurbağanı hər gün 4 saat ərzində xəstənin boğazına yapışdırmaqla zobun zəhərini çəkir.
Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən bir necə xarici ölkələrdən də onun yanına gələnlər var.
Həkim deyir ki, bunun üçün bütün qurbağalardan istifadə etmək olmaz. Sahib Əliyev 16 yaşadək olan xəstələri təmannasız müalicə edir.