Bakı sakini borclu olduğu şəxsin onu hədələməsi ilə bağlı polisə müraciət edib.

Unikal.org Lent-ə istinadən xəbər vereir ki, Bağırov Orxan Vaqif oğlu ərizə ilə müraciət edərək bildirib ki, tanışı Elşən adlı şəxsə 1500 AZN borcu var və həmin pulu ödəyə bilmir. O əlavə edib ki, bir neçə gün əvvəl Səlyan yolu 25-in qarşısında Elşən ona pulun ilkin olaraq 300 manatını ödəməsini tələb edib və əks halda onu öldürəcəyi ilə hədələyib.

 

Araşdırm aparılır.