Paytaxt Bakıda taksilər müxtəlif qiymətlərdə fəaliyyət göstərir. Dünya təcrübəsində isə taksilər vahid qiymətlə işləyir. Bəs bizdə nə vaxt bu sistemə keçiləcək?

Unikal.org Xəzər xəbər-ə istinadən məlumat verir ki, Bakı Nəqliyyat Agentliyi məsələnin kökündən həlli üçün yeni layihə üzərində çalışır.

Yeni qaydalara əsasən, taksi xidməti göstərənlərə yeni fərqlənmə nişanı veriləcək. Burda avtomobilin komfortu, internet və digər əlavə xidmətlər göstərməsi kimi məsələlər nəzərə alınacaq ki, bu da qiymətlərə təsir edəcək.

Amma bunun nə vaxt baş verəcəyi dəqiq məlum deyil.