Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, avqust ayında fonda 641 min 612 manat və 300 avro köçürülüb.
2016-cı ilin sentyabrın 1-dək fonda ümumilikdə 76 261 691 manat, 212.373 ABŞ dolları, 4193 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.