Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən sentyabrın 14-də Bakıda dövlət əmlakının satışı ilə bağlı açıq hərrac keçiriləcək.
Bu barədə Unikal.org-a komitənin mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, hərrac sabah saat 10:00-da Bakı şəhəri, Heydər Əliyev prospekti,105 ünvanında yerləşən İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində baş tutacaq.