Paytaxtın “Elmlər Akademiyası”metrostansiyasının çıxışında yeni səyyar kitab evi açılıb.

“Unikal”ın məlumatına görə, “Böyükçöl” kitab evi yazıçı, publisist Kəramət Böyükçölün təşəbbüsü ilə yaradılıb.

Maraqlıdır ki, özündə onlarla müxtəlif məzmunlu əsərləri ehtiva edən bu səyyar “kitab evi” mikroavtobus daxilində yaradılıb.

"15 ildir ki, parkda kitablarımı satıram. Artıq gördüm ki, kitablarımı oxuyan var və onlara güvənərək avtobus aldım", deyə Kəramət deyib.  

Burada yazıçının əsərləri ilə yanaşı müxtəlif xarici müəlliflərin əsərləri də satılır.

Müxbir: Zərifə Nağıyeva

Video: Ayxan Məlikov