Model Ecem Üzgör Türkiyəni "Top model of the world" yarışında təmsil edib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərədə yaşayan 25 yaşlı model Almaniyanın Bremen şəhərində ölkəsi adına yarışıb.

27 avqustda baş tutan yarışda Ecem heç bir dərəcə ala bilməyib.

Bunun ardından modellə bağlı sosial şəbəkədə paylaşımlar edilməyə başlanılıb.

Hər kəs onu tənqid edib, heç də gözəl olmadığını söyləyiblər.

Model mətbuata açıqlama verərək sərt tənqidlərdən gileylənib:

"Müsabiqə avqustun 27-də baş tutub. Məsələni indi şişirdirlər. Ora gözəllik yox, model yarışıdır. Mən isə Türkiyə gözəli deyiləm".