"Biz həm vaxt itiririk, həm də əlverişli imkanlardan yararlanmırıq. Beynəlxalq qurumlardan kömək gözləməyə dəyməz. Bunlar avara, pul silən, təşkilatlar və şəxslərdir.

Bildergebnis für üzeyir cəfərov
Bu fikirləri Unikal.org-a tanınmış hərbi ekspert Üzeyir Cəfər deyib. 
O bildirib ki, Dağlıq Qarabağda Azərbaycanın xeyrinə çoxdan dəyişiklik olmalı idi: Ancaq bu dəyişikliyi etmirlər və etmək fikrində də deyillər. Münaqişənin həlli ilə bağlı nə Rusiya, nə Qərb, nə də Avropa bir iş görmək fikrindədir. Onlar sadəcə imitasiya ilə məşğuldurlar. Aprel ayının əvvəlində yaranmış ümidlər də geri çəkilib. Beynəlxalq təşkilatların mənasız bəyanatları Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyəcək.

"Azərbaycan bu dəfə aldanmamalıdır

Ü.Cəfərovun sözlərinə görə, 20 il ərzində beynəlxalq təşkilatlar bütövlükdə Ermənistanın maraqlarına xidmət edən bəyanatlar səsləndiriblər:
"Bunlar sadəcə gözləyirlər ki, yenidən qan tökülsün, gəlsinlər boş vədlər verib getsinlər. Biz ərazi bütövlüyümüzü Azərbaycan əsgərinin gücü hesabına bərpa etməliyik. Hər birimiz buna hazır olmalıyıq. Ordumuz da bütün gücü ilə buna hazırdır.



"Onlar Ermənistanın maraqlarına xidmət edən siyasət yürüdüblər

Siyasi qərar verilən zaman yenə hər kəs Azəbaycandan xahiş etməyə başlayacaq. Azərbaycanı danışıqlar prosesinin başlanmasına məcbur edəcəklər. Amma Azərbaycan bu dəfə aldanmamalıdır. Beynəlxalq hiyləgər üçlük (ATƏT-in Mins qrupu) 20 il ərzində öz məqsədlərinə nail olublar və bütövlükdə Ermənistanın maraqlarına xidmət edən siyasət yürüdüblər.

Həsən Babayev