Sabah Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində təmir işləri ilə bağlı qazın verilməsində məhdudiyyətlər olacaq.
Unikal.org SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 15-də saat 10:00-dan 17:00-dək "Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Hərbi-hissə və Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Qaraməryəm-Yekəxana qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Xaşa-xuna bağ massivinin, həmçinin Göyçay rayonunun Şahsultanlı, Yekəxana, Qaraməryəm və Talış kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.