Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

Unikal.org xəbər verir ki, Milli Şuranın üzvü Eldəniz Quliyev APA-ya açıqlamasında deyib ki, BŞİH mitinqin sentyabrın 17-də saat 15:00-dan 17.00-dək keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının sentyabrın 18-də Bakı şəhəri, Yasamal rayonu, keçmiş "Məhsul" stadionunda keçirmək istədiyi mitinqə razılıq verib.

Bu barədə açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.
Mitinq saat 17:00-dan 19-00-dək keçiriləcək.