Referendum üzrə "Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Qusar rayonunda seçicilərlə görüşüb.
Unikal.org xəbər verir ki, bu gün Qusar rayonunda Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Qusar rayon seçiciləri ilə növbəti görüş keçirib. Görüşdə bu ayın 26 sentyabrında ölkəmizdə keçiriləcək referendum və onun əhəmiyyəti barədə çıxışlar edilib, suallar cavablandırılıb.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Rufiz Qonaqov çıxışında Konstitusiyaya ediləcək dəyişiklikləri zəruri edən amillər, onun vacibliyi və əhəmiyyəti barədə çıxış edib. Rufiz Qonaqov çıxışında bildirib ki, dünyanın qabaqcıl ölkələrində zamanın tələbinə uyğun olaraq konstitusiya islahatları aparılır: "Dövlətin təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi və insan haqlarının müdafiəsinin gücləndirilməsi üçün hüquqi ishalatların aparılmasına ehtiyac var. Dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması Konstitusiya islahatlarının aparılmasını zəruri edir. İnanıram ki, sentyabrıb 26-da keçiriləcək referendum Azərbaycanda yeni bir siyasi düzənin başlanğıcı olacaq və yeni iqtisadi tərəqqinin əsasını qoyacaq.
Rufiz Qonaqov əminliklə qeyd edib ki, Referendum Azərbaycan xalqının iradəsini bir daha ortaya qoyacaq və ölkəmizin daha da güclü olması üçün xalq 26 sentyabrda səsvermədə aktib iştirak edəcək.
Görüş çıxış və müzakirələrlə davam etdirilib.