Unikal.org AzərTac-a istinadən xəbər verir ki, sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası öz işinə başlayıb.
MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Dövlət başçıları xatirə şəkli çəkdirdilər.
Sonra Prezident Almazbek Atambayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gələn digər qonaqları qarşıladı.
Prezidentlər birgə foto çəkdirdilər.
MDB Dövlət Başçıları Şurasının iclası məhdud tərkibdə görüşlə davam edir.