Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşəcək.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib.

"Lavrovla Kerri arasında ikitərəfli görüş keçiriləcək. Görüşün dəqiq tarixi məlum deyil. Düşünürəm ki, nazir və dövlət katibi arasında bir neçə görüş baş tutacaq", deyə V.Çurkin qeyd edib.