Gəncədə yaşlı kişi ehtiyatsızlıqdan hovuza düşərək boğulub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin DOS-6 ərazisində baş verib. Sözügedən ünvanda yaşayan 1951-ci il təvəllüdlü V. Rzayev yaşadığı ünvanda hovuzun suyuna baxmaq istəyən zaman huşunu itirib. Nəticədə yaşlı kişi hovuzd düşərək suda boğulub. İlkin məlumata görə, V.Rzayevin ürəyində problemi olub, o bir müddət əvvəl ürəyindən əməliyyat edilibmiş. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov