BMT Təhlükəsizlik Şurasında Suriya üzrə keçiriləcək məsləhətləşmələr Rusiya və ABŞ-ın təşəbbüsü ilə ləğv olunub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə sentyabrda TŞ-da sədrlik edən Yeni Zelandiya nümayəndəsi bildirib.

"Sentyabrın 16-da keçirilməyi nəzərdə tutulan Suriya üzrə məsləhətləşmələr Rusiya və ABŞ-ın təşəbbüsü ilə ləğv olunub", deyə nümayəndə qeyd edib.

Məlumata görə, görüşdə ABŞ və Rusiya arasında Suriya böhranı ilə bağlı əldə edilən son razılaşmaların detalları açıqlanmalı idi.