"Bugünkü aksiya əslində bir daha Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gücünü göstərdi. Milli Şuranın 11 sentyabr aksiyasında 2000 min, bugünkü aksiyada 800 nəfərə yaxınqinsanının iştirak etməsi Əli Kərimlinin süqutunun bariz nümunəsidir".

Bunu Unikal.org-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı 
Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib:

"Mən bir daha qeyd etmək istəyirəm ki, bu gün AXCP-nin çətiri altında fəaliyyət göstərən Milli Şura və bütövlükdə Partiyanın özü Azərbaycanda sosial dayaqlara malik deyillər. Onlar artıq ofis partiyasına çeviriliblər. Milli Şuranında adı var özü yoxdur. Bu təşkilatdada Cəmil Həsənli və Gültəkin Hacıbəylidən başqa kimsə yoxdur. Bu adamlarında ətrafında 5-10 nəfər adam yoxdur.
AXCP isə ümumiyyətlə sosial dayaqların itirib, dediyim kimi Bakıda ofis partiyasına çevirlibdir.
Bunların tiribunasında 4 nəfər- Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli, Nurəddindən başqa çıxacaq bir adam yoxdur.
Keçən səfər olduğu kimi, bu günkü mitinqində fiaskoya uğrayacağına əmin idim. Çünki orda iştirak edənlərin özləri belə etiraf etdilər ki, aksiyada daha çox insanın iştirak edəcəyini gözləyirdilər. Mən özümdə azadlıq radiosunda 11 sentyabr mitinqini izlədim. Həqiqətən gördüm ki, onların keçirtmiş olduğu mitinq geniş xarakter daşımır və çoxlu sayda insanları əhatə etmir.
Bu günkü mitinqdə 700-800 insanın toplaşması bir daha göstərdi ki, onların Azərbaycanda sosial dayaqları yoxdur. Burada iştirak edənlər 100 nəfərə yaxını jurnalistlər, 100 nəfərə yaxını hüquq-mühafizə orqanlarının əməkdaşları olub. Hesab edirəm ki, özlərini Milli Şuranın rəhbərləri sayan şəxslər özlərinə hörmət edib bundan nəticə çıxartsınlar".

Partiya sədri 11 sentyabrda olduğu kimi, bu günkü mitinqdə də dindarların iştirak etdiyini bildirib:

"Orada hicabla gələn xanımların, saqqalı şəxslərin fotolarını da gördüm. Eyni zamanda bu gün cinayət məhsuliyyətinə cəlb olunaraq həbs edilən ayrı-ayrı radikal dinin nümayəndələri də aksiyada iştirak edirdilər. Əgər Milli Şura dindarları da öz tərəfinə çəkib, aksiya zamanı ətraflarına min adam yığa bilmirlərsə onlar bundan nəticə çıxartmalıdırlar".


Fəzail Ağamalı Əli Kərimliyə və Cəmil Həsənliyə bir daha müracət edərək deyib ki, əgər özünüzə hörmət edirsizsə Milli Şura və AXCP-dən istefa verib, siyasətlə vidalaşın:

"Siz bu gün dünyada hər kəsə açıq olan digər peşələrlə məşğul olun. Cəmil Həsənlinin peşəsi bəllidir. O ölkəmizdə tanınmış tarixçi alimdir. Hörmətli tarixçimiz öz işi ilə məşğul olsa yaxşıdır. Əli Kərimli isə nə hüquqşunas kimi, nədəki ki siyasətçi kimi hansısa nüfuza malik olan adam deyil. Hesab edirəm ki, hər kəs atmış olduğu addımda uğur qazanmırsa bundan nəticə çıxartmalı və kənara çəkilməlidir.