Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün xarici işlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində işgüzar səfərdədir.
Unikal.org-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər əsnasında xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşü, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə dövlətlərinin 8-ci Nazirlər toplantısı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər görüşü və digər toplantılarda iştirakı və çoxsaylı ikitərəfli görüşləri nəzərdə tutulub.